Parisdə etiraz aksiyası - Yaralılar var

20 Noyabr 2021 20:15    204 Baxış   
Parisdə etiraz aksiyası -  Yaralılar var

Şənbə günü Parisdə "sarı jiletlilər" və sanitar qaydalardan narazı olan insanlar yürüş təşkil ediblər.

Dominant.az xəbər verir ki, etirazçılar zibil qutularını dağıdıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarına əşyalar atıblar.

Bəzi iştirakçılar zibil və içərisində meyvə olan taxta qutuları yandırıblar. Bir neçə yerdə yanğın baş verib.

Etirazçıların zorakı hərəkətləri polisi gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etməyə məcbur edib. Ən azı iki nəfər yaralanıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar