Parlamentin növbədənkənar sessiyası və İKİ ƏSAS EHTİMAL

04 Avqust 2020 21:00    446 Baxış   
Parlamentin növbədənkənar sessiyası və  İKİ ƏSAS EHTİMAL
Avqustun 5-də Milli Məclisin, belə demək mümkündürsə, növbəti növbədənkənar sessiyası keçiriləcək. Məlumata əsasən, iclasın gündəliyinə 6 məsələ daxil edilib. Bunlar dövlət büdcəsi məsələləri, həmçinin məşğulluq, işsizlikdən sığorta, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi kimi məsələləri əhatə edir.

Amma deputatların məzuniyyətdən çağırılaraq dərhal, tez-tələsik iclasın keçirilməsinə istər ekspertlər, istərsə də sosial şəbəkə istifadəçiləri birmənalı yanaşmırlar. Müxtəlif ehtimallar və iddialar səsləndirilir.

Qruplaşdırsaq, deyə bilərik:

Birinci ehtimal referendumun keçirilməsi ilə bağlı təşəbbüs iddiası ilə əlaqədardır. İrəli sürülən ehtimal budur ki, hakimiyyət çoxpartiyalı sistemi bərqərar, proporsional seçki sistemini isə bərpa etməyə çalışır. Bu, ən azından, ölkənin demokratik imicininn və hakimiyyətin dayaqlarının gücləndirilməsi baxımından önəmlidir. Ekspertlər bu addımın gec – tez atılacağını deyirlər. Amma bunun avqustun 5-də başlayacaq növbədənkənar sessiya vasitəsilə gerçəkləşdirilməsi ehtimalı sual altındadır.

İkinci məsələ müharibə ehtimalı ilə bağlıdır. İddia edilir ki, hazırkı vəziyyəti əlverişli şərait kimi dəyərləndirən hakimiyyət Qarabağ müharibəsinə başlamaq üçün parlamentin növbədənkənar sessiyasını təşkil edir. Xalqın ürəyincə olan seçim olsa da, zəif ehtimaldır.

İddialara söykənən baxışların nə qədər real olmasını göstərəcək zaman isə uzaqda deyil. Agah olmaq üçün, sadəcə, bir neçə saat gözləmək yetərlidir. Onu da unutmaq olmaz ki, iki ehtimal sabah olmasa da, nə zamansa gerçəkləşəcək. Proseslər bunu göstərir.

Uğur Aslan



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar