Partiya qurmaq istədim, dövlət yaratdım - Dünyanın ən kiçik və ya zarafatla qurulan ölkələri

01 Avqust 2020 17:35    1173 Baxış   
 Partiya qurmaq istədim, dövlət yaratdım -  Dünyanın ən kiçik və ya zarafatla qurulan ölkələri
Dünyada o qədər kiçik və maraqlı ölkələr var ki, bəziləri xəritədə belə görünmür. Bəzilərinin bir kəndin ərazisi qədər torpağı var.

Dominant.az xəyal qurmaqdan bir addım daha irəli gedən insanların elan etdiyi ölkələr haqqında maraqlı məlumatları təqdim edir. Qeyd edək ki, bu dövlətlərdə yaşayanların öz pasportları, hətta valyutaları da var.


1. HUTT RİVER KNYAZLIĞI - Bu, Leonard Qasley adlı bir fermerin 1970-ci ildə Avstraliyada kənd təsərrüfatı ərazilərində qurduğu 21 kvadrat kilometrlik mikro dövlətdir. Qərbi Avstraliyanın Perth şəhərindən 595 km şimalda yerləşən müstəqil mikro dövlətin ərazisi Hon-Kongla müqayisə edilə bilər. Knyazlıq, həmçinin Kalbarri Milli Parkına yaxın yerdədir.



Leonard Qasley, Northampton yaxınlığında böyük bir ferma satın alır. Fermanın ərazisindəki bitki örtüyü yalnız maldarlıq və heyvandarlıq üçün uyğun olur. Yağışların yetərli olduğu illərdə yaxşı bəslənmiş qoyunların yunu bol və keyfiyyətli olur. Digər fermerlər eyni şəkildə keyfiyyətli yun istehsal etdikləri üçün qiymət hədəfinə çatmaq olmur və qazanc az olur. Yağışın çox olmadığı illərdə qoyunlar yaxşı qidalana bilmədiyi üçün yunun keyfiyyəti və miqdarı azalır. Leonard Qasley bu vəziyyətdən qurtulmaq istəyir. Bir süni suvarma proqramı tətbiq edir və taxıl əkir.

Leonard Qasley yaxşı məhsul əldə etdiyi ilk ildə Qərbi Avstraliyanın taxıl anbarındakı digər təsərrüfatlar da yaxşı məhsul vermişdi. Buna görə də istehsal miqdarını məhdudlaşdıran kvota qanunu qüvvəyə minir. Leonard Qasley gəlirinin 10 faizini itirir. Hüququnu qanuni yollarla qorumaq istəsə də, məhkəmələrdə uduzur, çünki hakimlər qanunu dəyişdirmək səlahiyyətinə sahib olmadıqları üçün ona kömək edə bilmirlər. Xəyal qırıqlığı ilə Leonard Qasley Avstraliya məhkəmələrində ədalət axtarır. Avstraliya Konstitusiyasında faydalana biləcəyi bir sıra qanuni boşluqlar var. Leonard Qasley də bu boşluqlardan istifadə edir. 1970-ci ildə Avstraliyadan öz kənd təsərrüfatı ərazilərini ayrıır və "Hutt River Province" adlı dövləti quraraq müstəqilliyini elan edir.

2. ELLEORE KRALLIĞI - 1944-cü ildə Danimarka sahillərində bir adada qurulan bu mikro dövlət ildə bir həftə istisna olmaqla, tamamilə yolsuzdur. İlin bir həftəsi ərzində qurulduqları günü qeyd edirlər.


Elleore Krallığının vətəndaşları öz mahnılarını, rəqslərini və hətta "Kraker" adlı öz idman növlərini yaradıblar. Bu mikro dövlətdə konservləşdirilmiş sardinya və məşhur "Robinzon Kruzo" kitabı nədənsə qadağandır. Padşahlıq tarixi Danimarka məktəblərində tədris olunur və mikro dövlətin vətəndaşları öz kimlikləri ilə fəxr edirlər.

3. SEBORGA KNYAZLIĞI - Seborga Knyazlığı İtaliya ilə Fransa sərhədi yaxınlığında bir bölgədə yerləşir. Bu knyazlığın tarixi 954-cü ilə uzanır.



Tarix boyu birləşmiş İtaliyanın rəsmi bir hissəsi olmayan bu mikro dövlət 1963-cü ildən etibarən Georg Karbonenin rəhbərliyi ilə müstəqillik iddiasını səsləndirməyə başladı. Yerli xalq tərəfindən idarəçi seçilən Karbona 2009-cu ilə qədər "Birinci Georg" adı ilə rəhbərlikdə qaldı. 1994-1996-cı illər arasında heç bir qanuni qüvvəyə malik olmasa, bölgədə Luigino adlı valyutadan istifadə edildi. Son siyahıyaalmaya görə, knyazlığın 320 vətəndaşı var.

4. SAUGEAİS RESPUBLİKASI - 1947-ci ildə Fransa-İsveçrə sərhədində zarafat olaraq qurulan əyalət 11 qəsəbədən ibarətdir.



Bu gün onların şəxsiyyət vəsiqələri, rəsmi möhürləri pulları və s. var. Respublika məşhur turistik mərkəzdir.

5. ATLANTIUM İMPERATORLUĞU - Corc Kruickshank tərəfindən Avstraliyanın Sidney şəhərində bir binanın mənzilində qurulan mikro dövlətdir. Dövlət qurmaq fikrinin 30 il əvvələ aid olduğunu bildirən Kral Corc, "15 yaşımda ailəm mənə, "dünyanın gedişatını xoşlamırsınızsa, öz yolunuzu cızın" deyə təlqin etdi. Siyasi bir partiya qurmağı düşündüm. Ancaq sonra bu fikrimdən imtina etdim və iki əmiuşağı ilə öz dövlətimi qurdum”.



Atlantium Avstraliyadan müstəqil deyil. 2008-ci ilin məlumatlarına görə, dünyanın hər yerindən 1200-dən çox vətəndaşı var.

6. LA BOİRİE KONSULLUĞU - Fransada Filipp, Pasqal və Sebastyan adlı Fransız tarixi, coğrafiyası və siyasəti ilə maraqlanan 3 keşiş tərəfindən 2006-cı ildə qurulan "konsulluq" 7 hektar ərazidə fəaliyyət göstərir.



Yaşayış və səhər yeməyi təklif edən bir turizm obyekti sayıla bilən mikro dövlət öz təqviminə, ayinlərinə və s. sahibdir. Toplantı və partilər tez-tez keçirilir. Bu dövlət eko vətəndaşlıq və hedonizm tərəfdarıdır.

7. XRİSTİANİA - 40 il ərzində Xristianianın yerli sakinləri ilə hökumət qüvvələri arasında bir çox mübahisə və qarşıdurmalar meydana gəldi. Lakin xristianlar heç vaxt dövlət qurmaq arzularından əl çəkmədilər. Danimarka hökuməti ilə Xristianianın gələcəyi ilə bağlı danışıqlar 2011-ci ilin aprelində davam etdiyi üçün Xristiania xalqı bu bölgəni müvəqqəti bağladı və sonra yenidən açdı.

Bütün bu çətin mübarizələrin sonunda, 2012-ci ilin İyul ayında "Freetown Christiania" (Azad Xristiania Bölgəsi) rəsmi olaraq yaradıldı.



Avropa Birliyinin qaydalarını rədd edən və öz qaydalarını həyata keçirən bu bölgənin Kopenhagenlə sərhədləri necədir? Bütün qaydalar həqiqətən bir addımla dəyişir? "Xristiania" işarəsi ilə bu sərhədlərə girdiyini və "Sən indi Avropa Birliyinə girirsən" işarəsi ilə artıq bu sərhədlərdən çıxdığını və Kopenhagenə qayıtdığını görürsən.

Xristianiaya qədəm qoyduğunuz zaman musiqi və rəssamlıq kimi bir çox sənət və idmanın ön sırada olduğunu görə bilərsiniz. Rəngarəng qraffiti ilə bəzədilmiş divarlar, orqanik məhsullardan ibarət kafe və bazarlar, konsert sahələri, sənət qalereyaları var.

8. MOLOSİYA RESPUBLİKASI - Nevada əyalətində yaşayan Kevin Baugh adlı ABŞ vətəndaşı 1977-ci ildə aldığı və öz respublikasını elan etdiyi Molosiya adlı 25 min kvadratmetr ərazidə "Dövlət başçısı" olaraq yaşayır.



Baugh, Molosiya adının "kiçik qayalı təpə" mənasını verən "morro" sözünün İspan dilində olduğunu söyləyib. Qüsursuz bir mikro dövlət olan Molosyanı ziyarət etmək üçün pasport tələb olunur və "Molosiya Respublikası"na girən turistlərin pasportuna möhür vurulur.

Molosyanın prezident sarayı, gözlənildiyi kimi Kevin Baughun evidir. Molosya əhalisi, bir neçə it də daxil olmaqla 34 nəfərdir. Ölkədə bir pişik də yaşayır, amma prezident Kevin Baugh özünün etibarsız və təxribatçı olduğu pişiyə vətəndaşlıq vermədiyini söyləyib.

Baugh 15 yaşında ikən 1977-ci ildə Molosiyanı qurub və 1999-cu ildə öz prezidentliyini elan edib. Kevin Baugh parlamentin varlığını tələb edən bir konstitusiya olsa da, "daxili qarışıqlıq və sərhədyanı müdaxilələrə görə" diktator olmalı olduğunu söyləyib. Molosiyanın öz bankı, həbsxana və poçt şöbəsindən başqa; ayrıca donanma, dəniz akademiyası, dəmir yolu, kosmik proqramı (oyuncaq raketdən ibarətdir), ölçmə sistemi və milli bayramları var.

"Ölkə" nin bu parodiyasını ziyarət edən çox sayda turist çəkdikləri fotolarla sosial mediada maraqlı təcrübələrini bölüşür.

Nurlan Hüseyn



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar