Paşinyan Xankəndidəki seperatçı rejimə baş nazir təyin edir - Babayan KİMDİR?

13 Yanvar 2022 10:30    228 Baxış   
Paşinyan Xankəndidəki seperatçı rejimə baş nazir təyin edir -  Babayan KİMDİR?

“Nikol Paşinyanın Samvel Babayan vasitəsilə çevriliş cəhdinin iflasa uğramasından sonra Ermənistan hökuməti Qarabağın daxili siyasi həyatına yeni müdaxilə planlaşdırıb”.

Dominant.az xəbər verir ki, bunu Ermənistanın “Past” nəşri yazır.

Nəşrin məlumatına görə, Paşinyan “konstitusiya dəyişiklikləri” etmək və yeni “baş nazir” təyin etmək üçün Xankəndindəki separatçı-terrorçu rejimə təzyiq göstərir. Paşinyan həmin postda rejimin keçmiş “müdafiə naziri” Samvel Babayanı görür.

Qəzet yazır ki, onsuz da Paşinyan bəyanat və hərəkətləri ilə separatçı rejimə böyük zərbə vurub.
“Ermənistan hakimiyyəti Samvel Babayanı vəzifəsiz qoymamaq və xidmətlərini layiqincə mükafatlandırmaq üçün onu Artsaxaköçürmək” qərarına gəlib” –deyə Ermənistan nəşri vurğulayır.

Moderator.az




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar