Paşinyanın yerinə kim olacaq? - Üç şəxsin namizədliyi və Moskvanın seçimi

24 Noyabr 2020 12:12    596 Baxış   
 Paşinyanın yerinə kim olacaq? -  Üç şəxsin namizədliyi və Moskvanın seçimi

Ötən müddətdə baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistandakı 17 müxaifət partiyasının nümayəndələri Rusiyanın siyasi elitası ilə yeni baş nazirin kim olacağına dair müzakirələr aparıblar.

Dominant.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Joxovurd" qəzeti öz mənbələrinə istinadən yayıb.


Məlumatda bildirilir ki, baş nazir postuna üç şəxsin namizədliyi irəli sürülüb. Bunlar Vazgen Manukyan, Artur Vaneçyan və Qrant Baqratyandır. Moskva adları çəkilənlərdən birincinin - Vazgen Manukyanın üzərində dayanıb. Hətta bildirilib ki, Manukyan özünün namizədliyinin müzakirəsi üçün Moskvaya gedib. Lakin bu, heç də o demək deyil ki, o, baş nazir ola bilər. Manukyan yalnız müvəqqəti hökumətə rəhbərlik edəcək. O hökumətə ki, ölkəni idarə etsin, hər hansı siyasi kataklizmaların qarşısını alsın, azad və ədalətli seçkilər keçirsin.

Bununla yanaşı, qəzet iddia edir ki, hazırkı baş nazir Nikol Paşinyanın tərəfdarları da çoxdur. "Joxovurd" sırf bununla bağlı V.Manukyandan açıqlama almaq istəsə də, o, müsahibə vermək istəmədiyini deyərək sualdan yayınıb.

Baki-Baku.az



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar