Qadınlar hamilə qalmaq üçün qeyri-adi üsula əl atırlar - FOTOLAR

24 İyun 2020 16:55    703 Baxış   
Qadınlar hamilə qalmaq üçün qeyri-adi üsula əl atırlar -  FOTOLAR
Dünyada bir sıra qəbilələr var ki, artıq nəsilləri tükənmək üzrə olsa da, öz ənənələrini yaşatmağa çalışırlar. Belə qəbilələrdən biri də Himba qəbiləsidir. Bu qəbilənin olduqca maraqlı həyat tərzi var. Qəbilədəki qadınlarının hamilə qalmaq üçün istifadə etdiyi üsullar isə olduqca təəccüblüdür...

Dominant.az Himba qəbiləsindəki qadınların maraqlı həyatı haqqında bəzi məlumatları təqdim edir.


Afrikanın hər guşəsində maraqlı qəbilələrə rast gəlmək mümkündür. Namibiyanın şimalındakı Kunene (əvvəllər Kaokoland) bölgəsində yaşayan Himba qəbiləsinin əhalisinin 20-50 min arasında olduğu təxmin edilir. Himbalar bu ərazilərə 15-16-cı əsrdə Botsvanadan gəliblər. Onlar Kunene çayı boyunca yaşayır və heyvandarlıqla məşğul olurlar.
Himba qadınları çılpaq gəzirlər və dəriləri qırmızı rəngdə olur. Onlar çox vaxt "çılpaq qadınlar qəbiləsi" kimi də tanınırlar.

Himbalıların maraqlı həyatı

Himbalılar üçün gün səhər erkəndən başlayır. Qadınlar bəzəndikdən sonra gündəlik işlərlə, biş-düşlə məşğul olurlar. Bu işdə qadınlara uşaqlar və yaşlılar yardım edir. Cavan kişilərin işi isə mal-qara otarmaqdır.

Yaşadıqları bölgənin sərt səhra iqlimi və xarici aləmlə əlaqəsi sayəsində himbalılar ənənəvi həyat tərzini qoruyub saxlaya biliblər. Qəbilə üzvləri həm ana, həm də ata tərəflərinin ailələrinə daxildir. Yəni, hər qəbilə üzvü iki qəbilənin üzvüdür, ana və ata. Bu cüt ailəli nizam onlara çətin iqlim şəraitinə qarşı mübarizə aparmağa imkan verir. Bu cür cüt ailə üzvlüyü yalnız Qərbi Afrika, Hindistan, Avstraliya, Melaneya və Polineziyada dünyanın məhdud sayda icmalarında baş verir. Himba qəbilələrini ən yaşlı kişi üzvü idarə edir.

Himba qadınları

Afrikadakı qəbilə həyatını araşdıran tədqiqatçılar və elm adamları hər gün yeni məlumatlar əldə edirlər. Bu məlumatlardan biri də himbalılara aid fərqli uşaq tərbiyəsidir. Mütəxəssislər də bu fərqliliyə diqqət çəkirlər. Belə ki, qəbildəki yeni doğulan uşaqların yaşı doğum tarixindən deyil, ana ilə telepatik ünsiyyətdən hesablanır.

Qəbilənin qadınları hamilə qalmaq qərarına gəldikdə isə bir ağacın altında oturub doğulmaq istəyən uşağın onunla ünsiyyətini gözləyirlər. Uşaq anası ilə ilk ünsiyyətini ona söylədiyi "mahnıdan" başlayır. Uşağın oxuduğu mahnını eşidən ana bu mahnını ərinə öyrədir və sonra hamilə qalır. Uşağın anasına oxuduğu bu mahnı onun doğum günü hesab olunur və yaşı bu tarixə görə hesablanır.

Mütəxəssislər bildirirlər ki, həmin mahnı uşağın doğulmasından ölümünə qədər bütün həyatını müşayiət edir.


Hamiləlik dövründə ana, uşağın mahnısını qəbilə mənsublarına və yaşlı qadınlara da öyrədir. Doğuş zamanı uşağı o mahnı qarşılayırlar, həmin uşaq uşaq vaxtı yıxılıb ağlayarkən belə, onu eyni mahnı ilə ovudurlar. Bu mahnı eyni zamanda uşağı mükafatlandırmaq və ya yetkinlik dövründə uğurlarını qeyd etmək üçün səsləndirilir.



Tədqiqatçıları heyrətləndirən başqa bir məsələ qəbilənin cinayətə münasibətidir. Belə ki, uşaq daha böyük yaşda sosial qaydaları pozarsa və ya cinayət törədərsə, kənd meydanına çağırılır və cəmiyyət tərəfindən dövrəyə alınaraq hər kəs tərəfindən onun öz mahnısı oxunur. Qəbilənin qədim ənənələrinə görə, antisosial davranışı düzəltməyin yolu cəza verməklə deyil, insana "əsl kimliyini" sevdirməkdən və xatırlatmaqdan keçir.

Himba uşaqlarına qulluq

Himba qadınları uşaqların qayğısına qalmaq üçün bir-birlərinə kömək edir, bir ananın övladları digər anaların övladlarına da baxır...



Himbalılar üçün müasir geyimlər yox səviyyəsindədir. Onların mühitlərində belə geyimlər nadir hallarda olur, ancaq tapıldıqda da kişilər tərəfindən istifadə olunur.




Dominant.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar