Qadınlara qarşı cinsi istismara çağıran şəxs barəsində DİN-dən açıqlama

12 İyul 2021 12:05    728 Baxış   
Qadınlara qarşı cinsi istismara çağıran şəxs barəsində DİN-dən  açıqlama

Sosial şəbəkələrdə açıq şəkildə cinsi istismara çağırış edən “Pantural” ləqəbli şəxs barəsində dünəndən etibarən müzakirələr səngimək bilmir. Sözügedən şəxs paylaşdığı videoda açıq-saçıq geyinən qadınlara iradını bildirib, onlara qarşı cinsi istismara çağırıb.

Dominant.az xəbər verir ki, məsələ ilə bağlı qazet.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü Ehsan Zahidov bildirib ki, artıq bu istiqamətdə araşdırma aparılır: “Həmin şəxsin kimliyinin və yerinin müəyyən edilməsi istiqamətində araşdırmalar tamamlanıb. Onun barəsində qanunamüvafiq qaydada tədbir görüləcək”, - deyə E. Zahidov qeyd edib.

Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsinin İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipində də göstərildiyi kimi dövlət insan azadlıqlarını ən yüksək səviyyədə qorumaqla mükəlləfdir.

Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı bir əməlin törədilməsinə bilavasitə və açıq təhrik etmə — beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar