"Qarabağ" qələbə qazandı

09 İyun 2020 22:39    789 Baxış   
"Qarabağ" qələbə qazandı
Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah" və "Qarabağ" komandaları arasında yoxlama oyunu keçirilib.

Dominant.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb.

Koronavirus pandemiyası ilə bağlı ölkədə elan olunmuş karantin rejimi dövründəki ilk matçda birinci qolu 2-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Mahir Emreli vurub. Cəmi 13 dəqiqə sonra Xayme Romero hesab arasındakı fərqi 2-yə çatdırıb. 37-ci dəqiqədə Filip Ozobiç 3-cü topu Masazır təmsilçisinin qapısından keçirib. Birinci yarı bu hesabla başa çatıb.

İlk hissənin gedişində komandalar üçün 2 dəfə - 15 və 30-cu dəqiqələrdə su fasiləsi verilib. Bundan əlavə, birinci yarının sonlarında görüşün baş hakimi Kamal Umudlu meydanın kənarında kollektiv məşq edən "Sabah"ın futbolçularına iradını bildirib və onlara 5 nəfərlik qruplar şəklində hazırlaşmağı tapşırıb. Bundan sonra futbolçular iki hissəyə bölünərək isinmə hərəkətlərinə davam ediblər. (Report)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar