Qarabağdakı ermənilər evlərini sataraq Ermənistana qayıdır

05 Martt 2021 12:40    972 Baxış   
Qarabağdakı ermənilər evlərini sataraq Ermənistana qayıdır

BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı (UNHCR) son hesabatında Dağlıq Qarabağa qayıtmış və qaytarılmış erməni köçkünlərlə bağlı statistikanı açıqlayıb.

Dominant.az xəbər verir ki, əsas mənbə olaraq Rusiya Müdafiə Nazirliyinin, Xankəndidəki separatçı rejimin və UNHCR-in özünün rəqəmlərdən istifadə olunub.

Hesabatdan bəlli olur ki, Rusiya Müdafiə Nazirliyinin Xankəndinə qayıtmış və qaytarılmış ermənilərlə bağlı bəyan etdiyi statistik rəqəmlər ən azı 2 dəfə şişirdilib. Belə ki, sözügedən nazirlik Qarabağa təqribən 50 min erməninin qayıtdığını bəyan etsə də, UNHCR-in hesablamalarına görə, bu ermənilərin sayı 20 mindən artıq deyil.

Üstəlik, ötən ilin dekabr ayının ortalarından etibarən erməni qaçqınları daşıyan və İrəvan-Xankəndi marşrutu ilə hərəkət edən avtobuslarıne sayı həddən ziyadə azalıb.

Ekspertlər hesab edirlər ki, qarabağlı ermənilər Qarabağda daimi yaşamaq istəməyən və imkan düşən kimi, Ermənistana, yaxud Rusiyaya yollanmaq istəyənlərin sayı sürətlə artır.

Qarabağa qayıdan ermənilərin, təxminən 40 faizi isə sadəcə, evlərini və daşınan əmlaklarını sataraq geriyə, Ermənistana qayıtmaq üçün Xankəndinə yollanıblar.



Elçin Alıoğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar