Qardaşlardan biri şəhid oldu, digəri qazi

26 Yanvar 2021 00:13    554 Baxış   
Qardaşlardan biri şəhid oldu, digəri qazi

Onlar iki qardaş döyüşürdü Qarabağda...Tahirli Şahin və Tahirli İsgəndər Afət oğlu...

Qardaşlardan biri - Tahirli Şahin şəhid oldu, İsgəndər isə qazi kimi geri qayıtdı.

Atası Afət Tahirov şəhid oğlu haqqında danışır:

"Lerik rayon xəstəxanasından kəndə gəlirdim. Şahin zəng elədi. Dedi ata, hər şey yaxşıdır, narahat olma və məndən soruşdu:

- Ata, deyəsən maşında harasa gedirsən?

- Hə oğlum, baba oldum, sən də dayı oldun, bacın xəstəxanada idi, ordan gəlirəm.

- Ata, əsgər maaşımdan 20 manat ayırıb, sənə muştuluq ayırdım, gələndə inşallah verəcəm.

- deyə sevincək dilləndi...

Oğlum şəhid olandan sonra döyüş dostlarından biri bizə gəlmişdi. Şahinin muştuluq deyə ayırdığı 20 manat pulu mənə uzatdı:

"Sonuncu döyüşə girəndə Şahin pulu mənə verdi...Dedi ki, birdən şəhid olsam, bu 20 manatı atama verərsiz. Onun adına çıxarmışam..."

Qeyd: Şəhid Tahirli Şahin Afət oğlu Lerik rayon, Züvüç kənd qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

Aqil Alışov




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar