Qənirə Paşayeva İstanbul Aydın Universitetinin rektoru ilə görüşüb

09 Dekabr 2021 21:59    1474 Baxış   
Qənirə Paşayeva İstanbul Aydın Universitetinin rektoru ilə görüşüb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakıda səfərdə olan İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydınla görüşüb.

Dominant.az xəbər verir ki, Türkiyə univeristetinin rektoru Komitə sədrinə universitetin tarixi, bu günü və gələcəyə yönəlik proqramları barədə məlumat verib. Rektor Azərbaycan universitetləri ilə sıx əməkdaşlığın öncəlikləri sırasında olduğunu vurğulayıb.

Q.Paşayeva rektora təşəkkür edib və onu Azərbaycanda salamlamaqdan şad olduğunu bildirib. O, qardaş, dost, qonşu və strarteji müttəfiq Türkiyəyə səfərlərində təhsil və mədəniyyət ocaqlarını ziyarət etdiyini, müxtəlif mövzulu tədbirlərdə məruzələrlə çıxış etdiyini xatırladıb, təəssüratlarını bölüşüb:

“Mən bu səfər təəssüratlarım əsasında “Addım-addım Türkiyə ” çoxcildliyini yazmışam. Ümidvaram, sizin şəhəriniz və universitetiniz də daxil olmaqla, kitabda yazılanlar xoşunuza gələcək”.

Universitet haqqında ətraflı bilgi və mədəni əlaqələrlə, təhsillə bağlı təkliflər üçün təşəkkür edən Komitə sədri, rektora uğurlar arzulayıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar