Qənirə Paşayeva şəhidlərin ailə üzvləri ilə görüşüb

26 Yanvar 2021 12:17    375 Baxış   
Qənirə Paşayeva şəhidlərin ailə üzvləri ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Sumqayıt şəhər sakini, Vətən Müharibəsinin şəhidi Murad Məmmədovun atası Yusif Məmmədovla Milli Məclisdə görüşüb, şəhidin atasını işğalçı Ermənistan üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb:


“Əziz şəhid atası, sizi tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edirəm!


Sizin oğlunuz Vətən Müharibəsində fədakarlıqla iştirak edib, şəhid olub.

Sizin oğlunuzun və onun cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.

Nümunəvi gənclərimizdən olan Murad, Vətən Müharibəsi başladıqda, qardaşının öncəbhədə olmağına baxmayaraq özü də könüllü olaraq, 01 oktyabrda cəbhəyə yola düşüb. O, 25 oktyabrda Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox siz şəhid valideynləri haqq edirsiz.

Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edirəm!"

Q.Paşayeva şəhid atasına Mədəniyyət Komitəsi adından məktub və simvolik hədiyyə təqdim edib.



Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Milli Qəhrəman Əliyar Əliyevin qızı Pərvanə Haşımova ilə də Milli Məclisdə görüşüb, onu tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Sizi, Sizin timsalınızda bütün Milli Qəhrəman və şəhid ailələrini torpaqlarımızın düşmən işğalından azad olunması münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm! Qəhrəman Vətən oğullarının fədakarlığı sayəsində xalqımızın 30 illik həsrətinə son qoyulub.

I Qarabağ müharibəsində fədakarlıqla iştirak edib, qəhrəmanlıqlar göstərən Əliyar Əliyevin ruhu bugün şaddır, onun yetirmələri, silahdaşları, doğmaları da Vətən Müharibəsində döyüşdü, qələbəmizə öz xüsusi töhfələrini verdi.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailələrisiz.

Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

Q.Paşayeva şəhid Milli Qəhrəmanının qızına Mədəniyyət Komitəsi adından Məktub təqdim edib.

Qəhrəmanın qızı səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar