Qənirə Paşayeva “SSP Prodakşn”ın rəhbərini təbrik edib

28 Aprelel 2022 15:45    2687 Baxış   
Qənirə Paşayeva “SSP Prodakşn”ın rəhbərini təbrik edib
MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “SSP Prodakşn” film studiyasının rəhbəri, tanınmış ziyalı Cəlaləddin Qasımovu 55 illik yubileyi münasibətilə təbrik edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “SSP Prodakşn” film studiyasının rəhbəri, tanınmış ziyalı Cəlaləddin Qasımovu 55 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Hörmətli Cəlaləddin müəllim”,

Sizi, 55 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyir, ən xoş arzularımı yetirirəm!
Siz müxtəlif illərdə Azərbaycan, Rusiya və Ukraynada ali təhsil almış, 1997-ci ildən polis orqanlarında məsul vəzifələrdə çalışmısız. Hazırda “Azər¬baycan Vətən Müharibə Veteranları” İB-nin Polis Veteranı şöbəsinin sədr müavinisiz. Bununla yanaşı, siz uzun illərdir bədii yaradıcılıqla məşğulsuz, tarixi romanlar müəllifi kimi tanınmısız. Siz AYB-nin və DGTYB Məsləhət Şurasının üzvü, Mahmud Kaşqari adına Beynəlxalq Fondun vitse-prezidenti, “SSP Prodakşn” film studiyasının rəhbərisiz.
“SSP Prodakşn” rəhbəri olaraq beş filmin istehsalına başçılıq etmisiz və bu filmlər beynəlxalq festivallarda ödüllər qazanıb. 2018-ci ildə çəkdiyiniz ilk bədii film – “Şollerin arxivi” və digər filmləriniz bir çox ödüllərə layiq görülüb. Filiminiz ABŞ, Almaniya, Belçika, Fransa, Hindistan, Hollandiya, Meksika, Kanada, İtaliya və başqa ölkələrdə düzənlənən beynəlxalq festivallarda uğur qazanıb.

Sənədli filmləriniz multikultural dəyərlərdən, Azərbaycan mədəniyyətindən, ümumən Azərbaycan həqiqətlərindən bəhs edir.

Sizi bütün uğurlarınız və 55 illik əlamətdar yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

MM Mədəniyyət Komitəsi sədri “SSP Prodakşn” film studiyasının rəhbəri, tanınmış ziyalı Cəlaləddin Qasımova Komitə adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. “SSP Prodakşn” film studiyasının rəhbəri, tanınmış ziyalı
Cəlaləddin Qasımov səmimi sözlərə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar