Qənirə Paşayeva Sumqayıt rəssamları ilə görüşüb - FOTO

23 Aprelel 2022 17:52    3923 Baxış   
Qənirə Paşayeva Sumqayıt rəssamları ilə görüşüb -  FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Sumqayıt rəssamları ilə görüşüb.
Sumqayıtdan olan rəssamlar İntiqam Ağayev, Namiq Cavad, Rəhim Həşimov, Aydın Əsgərov, İqbal Həsənəlizadə iştirak edib. Görüş səmimi ortamda keçib, geniş fikir mübadiləsi aparılıb.

Komitə sədri rəssamların konkret problemləri, onların həlli və eyni zamanda mədəniyyətimizin inkişafı, onun beynəlxalq səviyyədə uğurlar qazanması haqqında düşüncələrini bölüşüb.

Q.Paşayeva istər “Şuşa İli” çərçivəsində, istər qarşıdakı digər illər ərzində respublikamızda və dünyada gedən dinamik proseslərdə sənət adamlarının yeri və görəcəyimiz işlər barədə mülahizələrlə çıxış edib, rəssamları yeni lahiyələrə səsləyib: “Milli dəyərlərin qorunması və inkişaf edilməsi bütün dünyaya Azərbaycanın necə təbiət və insani gözəlliklərə malik ölkə olması ilə yanaşı, onun bəşəri harmoniyaya xidmət edən sənət aləmini, estetik dəyərlərini də göstərməlidir.
Azərbaycan böyük intellektual və yaradıcı potensiala malikdir və bu müsbət energetika ilə dünyada öz həqiqətlərimizi təbliğ, təşviq və tərənnüm etməliyik.
Görüşün sonunda Komitə sədri tərəfindən rəssamlara xatirə hədiyyələri təqdim olunub.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar