Qiyməti 5 300 ABŞ dolları olan tibbi maskalar satışa çıxarıldı

11 İyul 2020 20:03    605 Baxış   
Qiyməti 5 300 ABŞ dolları olan tibbi maskalar satışa çıxarıldı
Hindistanın Qucarat ştatının Surət şəhərində bir zərgərlik dükanı almaz bəzəkli tibbi qoruyucu maska satışına başlayıb.

Dominant.az xəbər verir ki, dükan sahibi Dipak Çoksi karantin ləğv ediləndən sonra toya hazırlaşan bir nəfərin dükana gəlib bəy və gəlin üçün “nadir” maska hazırlatmaq istədiyini bildirəndə belə bir fikrin ortaya çıxdığını dilə gətirib.

“Biz də dizaynerlərimizə tapşırıq verdik və onların hazırladığı maskaları həmin müştəri aldı. Bundan sonra bu cür maskaların geniş çeşidini hazırladıq. Bəzi maskalar sarı qızıl və Amerika almazları istifadə etməklə hazırlanır, qiyməti də 150 min rupidir (1 990 ABŞ dolları). Bəziləri üçün də ağ qızıl və xalis almazlar istifadə edilir, bunlar 400 min rupidir (5 300 ABŞ dolları)”, - deyə zərgər qeyd edib.

Ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyinin son məlumatına görə, Hindistanda indiyədək 800 mindən artıq insan koronavirusa yoluxub, onlardan 22 mindən çoxu ölüb. (Report)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar