“Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda panel iclas başlayıb

16 İyun 2022 17:07    3077 Baxış   
“Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda panel iclas başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 16-da işini panel iclasları ilə davam etdirib.

"Report" xəbər verir ki, Forum çərçivəsində “Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda növbəti panel iclası keçirilir.

İclasda BMT-nin 75 illik fəaliyyətində məhdudlaşmalardan sonra bu vəzifənin öhdəsindən gəlməyin mümkünlüyü, qanunlara əsaslanmış çoxtərəflilik sisteminin konstruksiya edilməsinin və bütün dünyada insan hüquqlarının təmin olunmasının yolları, kosmosun hərbiləşdirilməsi risklərinin azaldılması, regional təşkilatların rolu barədə müzakirələr aparılır.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.

Konfrans öz işini iyunun 18-də başa çatdıracaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar