Qondarma Dağlıq Qarabağ Respublikasından növbəti xain plan - Müzakirəyə çıxarılır

27 İyul 2020 23:19    2367 Baxış   
Qondarma Dağlıq Qarabağ Respublikasından növbəti xain plan -  Müzakirəyə çıxarılır
""Artsax" respublikasının beynəlxalq səviyyədə tanınmasına alternativ yoxdur, "Artsaxın" təhlükəsizliyi hərraca çıxarıla bilməz".

Dominant.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Qondarma Dağlıq Qarabağ Respublikası Təhlükəsizlik Şurasının katibi Samvel Babayan deyib.

S.Babayanın sözlərindən anlaşılır ki, mənfur düşmən Dağlıq Qarabağla bağlı növbəti plan hazırlayır:

""Artsax"da Azərbaycan-"Artsax" münaqişəsinin həlli üçün konsepsiya hazırlanır və bu, ictimai müzakirəyə çıxarılır. BMT-nin bəyannamələrində, insan hüquqları ilə bağlı beynəlxalq müqavilələrdə təsbit edilmiş xalqların öz müqəddəratını təyin etmə hüququ prinsipi "Artsax" ermənilərinin taleyini təyin etmək müstəsna hüququ kimi Azərbaycan-"Artsax" münaqişəsinin sülh yolu ilə həllinə əsaslanır. "Artsax" münaqişə obyektindən subyektə çevriləcəkdir".



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar