Qondarma qurumun qondarma parlament rəhbəri Parisə səfər edib - VİDEO

20 İyun 2022 18:59    3431 Baxış   
Qondarma qurumun qondarma parlament rəhbəri Parisə səfər edib -    VİDEO

Bu günlərdə Qarabağdakı qondarma qurumun qondarma parlamentinin rəhbəri Fransaya səfər edib, qurumun Parisdə qeyri-qanuni fəaliyyət göstərən nümayəndəsi ilə görüşüb.

Mövzu ilə bağlı Baku TV sujet hazırlayıb.

Məlumata görə, görüşdə Fransa siyasətçiləri və yerli hökumətlər tərəfindən göstərilən yardım, bunun davam etdirilməsinin zəruriliyi müzakirə edilib. Bu kimi səfərlərin qeyri-qanuni olması və etirazlar doğurmasına baxmayaraq, rəsmi Paris iddia edir ki, həmin şəxslərin səfərləri fərdi xarakter daşıyır.

Fransa hökumətinin bu səfərin təşkilində heç bir iştirakı olmur. Məsələ ilə bağlı beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli qeyd edib ki, prezidentliyə namizəd Valeri Pekresin Qarabağ ərazisinə daxil olması, silahlanma məsələsinin gündəmə gətirilməsi, eyni zamanda ATƏT-in Minsk qrupu ilə bağlı çağırışlar Fransanın ermənipərəst mövqeyini göstərir. Lakin bu cür gülünc və don geyindirilmiş izahat Fransanın əsl simasını gizlətməyə kifayət etmir. Çünki Ukraynanın şərqində yaradılan qondarma respublikaların Parisdəki nümayəndəliyini məhz separatizmə görə ləğv edən Fransa Qarabağdakı qondarma rejimin nümayəndəliyini hələ də himayə edir. Bu da onların ermənipərəst siyasətindən və əsl niyyətini ört-basdır etməsindən xəbər verir.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar