Q.Paşayeva Özbəkistandan gəlmiş şair, yazıçı və ədəbiyyatşünas alimlərlə görüşüb - FOTO

15 May 2022 17:11    8046 Baxış   
Q.Paşayeva Özbəkistandan gəlmiş şair, yazıçı və ədəbiyyatşünas alimlərlə görüşüb -  FOTO
MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva
Özbəkistandan gəlmiş şair, yazıçı və ədəbiyyatşünas alimlərlə görüşüb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva qardaş Özbəkistandan gəlmiş şair, yazıçı və ədəbiyyatşünas alimlərlə görüşüb. Özbəkistan Yazıçılar Birliyinin üzvü, “İnsan və qanun” qəzetinin baş redaktoru, yazıçı-dramaturq Qoçkar Norkabil, “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəm, Özbəkistan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Tursun Ali, Ədəbiyyatşünas alimlər – Milli Universitetin Jurnalistika fakültəsinin dekanı Mahliya Mirsoatova, Milli Universitetin dosenti Xurşidə Qafurova, Hafizə Qoçkarova Mədə­niyyət Komitəsinin mənəvi dəstəyi, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “NƏFƏS” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “UMAY – Türk dünyası Qadınlarına dəstək” İB və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə baş tutan səfərin maraqlı və zəngin keçdiyinə görə Q.Paşayevaya təşəkkür edib. Azərbaycandan zəngin təəssüratlarla ayrıldıqlarını bildirən özbək aydınları yeni dostlar qazandıqalrını, yeni ideyalar və layihələrlə tanış olduqlarını vurğulayaraq, gələcəkdə ortaq layihələr, nəşrlərlə bağlı fikir mübadiləsi aparıblar.
Özbək aydınlarını Milli Məclisin Mədəniyyət Komitəsində salamlayan Q.Paşayeva, səfərin maraqlı və zəngin proqram əsasında keçməsindən çox məmnun olduğunu bildirib, ürək sözlərini söyləyib:

“Siz Azərbaycanda qonaq deyilsiz, bura sizin də vətəninizdir. Biz də Özbəkistanı öz vətənimiz bilirik. Mən bir qrup mədəniyyət içşçisi və incəsənət xadimi ilə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərindən bir qədər öncə dönmüşəm. Biz də Özbəkistandan çox zəngin təəssüratlarla gəldik. Xahiş edirəm, bizim salam-sayğılarımızı ailələrinizə, doğmalarınıza, kollektiv­lərinizə çatdırasınız. Özbək qardaş-bacılarımızı Azərbaycanda yenidən görməkdən şad olacağıq.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar