“Rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşması regiona sabitlik gətirəcək”

26 Aprelel 2022 13:26    887 Baxış   
“Rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşması regiona sabitlik gətirəcək”

“Misir regiona sabitlik gətirəcək Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üzrə sülh danışıqlarını dəstəkləyir”.

“Repot” xəbər verir ki, bunu jurnalistlərə Misirin Azərbaycandakı səfiri Hişam Mohammed Naqi Abdel Hamid bildirib.

“Hesab edirik ki, ölkələr arasında bütün məsələlər sülh yolu ilə həll edilməlidir. Misir ərazilərin minalardan təmzlənməsi prosesini və sülhün bərqərar olması üçün atılan addımları dəstəkləyir”, - səfir vurğulayıb.

O, etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etməyə şad olduğunu söyləyib.

“Görüş zamanı enerji sahəsində əməkdaşlığı, həmçinin qarşılıqlı maraq kəsb edən digər istiqamətləri müzakirə etdik”, - səfir deyib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar