Rusiya Federasiyası Ukrayna konsulunu ölkədən qovur

17 Aprelel 2021 21:52    1182 Baxış   
Rusiya Federasiyası Ukrayna konsulunu ölkədən qovur

Rusiya Sankt-Peterburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən tutulan Ukrayna Baş konsulu Aleksandr Sosonyukun ölkədən çıxarılmasına qərar verib.
Dominant.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, diplomat 22 apreldən əvvəl ölkəni tərk etməlidir. Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Vasili Pokotilo isə Baş konsulun qanunsuz fəaliyyətinə görə Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bundan əvvəl rəsmi Kiyev Rusiya tərəfinin diplomatına qarşı hərəkətlərini tənqid etmiş və cavab tədbirləri görəcəyini bildirmişdi.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyukun saxlanılması barədə məlumat yayıb. Bildirilib ki, ukraynalı diplomat Rusiya vətəndaşı olan bir şəxslə görüşüb hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumatı alarkən saxlanılıb.

(Moderator.az)




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar