Rusiya karantin rejimi ilə vidalaşır

08 İyun 2020 19:53    506 Baxış   
Rusiya karantin rejimi ilə vidalaşır
Sabahdan Rusiya paytaxtında koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi ləğv olunur.

Dominant.az İnterAz-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

O, iyunun 9-dan paytaxt ərazisində özünütəcrid və xüsusi buraxılış rejimlərinin ləğv olunduğunu qeyd edib.

Moskva merinin sözlərinə görə, sabahdan etibarən paytaxtda gözəllik salonları, bərbərxanalar və məhdudlaşdırmaların tətbiq olunduğu karşerinq xidməti fəaliyyətini davam etdirəcək, uşaq bağçalarının fəaliyyətinə isə iyunun 23-dən icazə veriləcək.

S. Sobyanin yaşı 65-dən yuxarı olan insanların da sərbəst şəkildə küçəyə çıxmasına, şəhərdə hərəkət etməsinə tətbiq olunan qadağanın götürüldüyünü vurğulayıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar