"Rusiya sülhməramlılarının 5 ildən sonra Qarabağı tərk edəcəkləri düşüncəsi yanlışdır"

10 İyun 2021 17:25    382 Baxış   
"Rusiya sülhməramlılarının 5 ildən sonra Qarabağı tərk edəcəkləri düşüncəsi yanlışdır"

"Rusiya sülhməramlılarının 5 ildən sonra Qarabağı tərk edəcəkləri barədə geniş yayılmış fikir yanlış düşüncənin nəticəsidir".

Dominant.az xəbər verir ki, bu sözləri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bugün keçirdiyi mətbuat konfransı zamanı deyib.

“Niyə çaxnaşma yaradırsınız ki, ruslar 5 ildən sonra gedəcəklər? 5 illik müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri etirazını bildirmədiyi təqdirdə sülhməramlıların Qarabağdakı xidmət müddəti bir neçə dəfə yenidən 5 ilə qədər uzadıla bilər. Bu, müqavilədə yazılıb. Qurtardı”, - deyə Ter-Petrosyan bildirib.

(qazet.az)
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar