Rusiyadan 3+3 platformasına dair növbəti AÇIQLAMA

27 Dekabr 2021 13:31    342 Baxış   
Rusiyadan 3+3 platformasına dair növbəti  AÇIQLAMA

“3+3 regional platforması Cənubi Qafqaz və qonşu ölkələrinin yaxınlaşmasına xidmət edən qeyri-siyasi formatdır”.

Dominant.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

“Birgə iqtisadi-ticari, nəqliyyat, mədəni-humanitar əlaqələrin gücləndirilməsi, ümumi təhlükələrə qarşı mübarizədə çalışacağıq. 3+3-ün dekabrın 10-da Moskva şəhərində keçirilmiş ilk iclası göstərdi ki, iştirakçılar təkcə konstruktiv dialoq aparmaqda yox, həm də qarşılıqlı əməli əməkdaşlıqda maraqlıdır. Gürcüstan ilk görüşdə iştirak etməsə də, bütün iştirakçılar həmin ölkənin sözügedən formata qoşulmasında maraqlıdır”.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar