Rusiyanın daha bir şəhərindən Bakıya hava reysləri açılır

22 İyun 2021 15:39    518 Baxış   
Rusiyanın daha bir şəhərindən Bakıya hava reysləri açılır

4 iyul tarixində ilk dəfə olaraq Rusiyanın Saratov şəhərindən Bakıya birbaşa hava reysləri təşkil olunacaq.


Dominant.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Saratovun “Qaqarin” hava limanının mətbuat xidməti məlumat yayıb.




“176 yer tutumlu “Boeing 737-800” təyyarələrindən uçuşlar “S7” Hava Yolları kompaniyası tərəfindən həyata keçiriləcək”, – hava limanının mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.

Qeyd olunur ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına təşkil olunacaq uçuşlar həftədə bir dəfə bazar günləri təşkil ediləcək.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar