Rusiyanın intiqam planı - TƏHLİL

14 Fevral 2022 13:29    3528 Baxış   
Rusiyanın intiqam planı -  TƏHLİL

Rusiya Milli Qvardiyasının Çeçenistanın Qroznı şəhərində dislokasiya olunmuş və Əhməd Kadırovun adını daşıyan mexanikləşdirilmiş polkunun Ukrayna sərhədlərinə yeridilməsi Kremlin məkrli planından xəbər verir. Məsələ burasındadır ki, Birinci Çeçen müharibəsində millətçi ukraynalılar çeçen mücahidlərinə dəstək verirdilər. Kreml bunu heç zaman untmadı və həmin günlərin intiqamını millətçi ukraynalılardan almaq üçün üzərlərinə nəzarətindəki çeçenləri göndərir ki, iki xalq qarşı-qarşıya qalsın.

Bu arada, Kiyevdə yaşayan ukraynalı həmkarımdan Ukrayna paytaxtının sakinlərinin əhval-ruhiyyəsinin vəziyyətli ilə maraqlandım. Mənə yaxın tarixdən maraqlı misal gətirdi: “1986-ci ildə Çernobılda atom elektrik stansiyasında qəza baş verəndə Kiyev sakinləri qorxmuşdular, şəhəri müvəqqəti tərk edənlər oldu, ancaq çoxluğun vecinə də deyildi, heç nə olmamış kimi həyatlarını yaşayırdılar. İndi də oxşar durumdur. Əlbəttə, davamlı müharibə söyləntiləri Kiyev sakinlərini narahat edir, ancaq panika yoxdur”. Bu yerdə Kiyevdə taksi sürücüsü ilə dialoqumu xatırlayıram. Ondan Rusiyanın Donbası ələ keçirməsi haqqında nə düşündüyünü soruşduqda cavabı belə olmuşdu: “Donbasda özününkülərdir, ona görə savaşı qazana bilmədik. Ancaq bu tərəfə gəlsələr müqavimət göstərəcəyik, onlara baha başa gələcək”.

Elxan Şahinoğlu


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar