Sabiq deputatın universitetində valideylərini itirmiş tələbə imtahana buraxılmır

10 İyun 2020 14:45    718 Baxış   
Sabiq deputatın universitetində valideylərini itirmiş tələbə imtahana buraxılmır
"Odlar Yurdu Universitetinin informatika fakültəsinin 1-ci kurs tələbəsi Bağırova Fatimə təhsil haqqının qalıq 500 manat borcunu ödəyə bilmədiyi üçün iyunun 12-də keçiriləcək imtahana buraxılmayacaq".

Dominant.az xəbər verir ki, bunu jurnalist, iqtisadçı-ekspert Qadir İbrahimli bildirib.

Q.İbrahimlinin sözlərinə görə, tələbənin hər iki valideyni dünyasını dəyişib, o, nənəsinin himayəsindədir.

Jurnalist univesitetin rektoruna məsələ ilə bağlı müraciət edib: "Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat, özəl klinikası ("Oksigen"), bankı ("Muğanbank) və çoxsaylı biznes obyektləri olan Əhməd Vəliyev, bir yetim qıza dəstək olacaq qədər imkanınız yoxdur?"


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar