Sabir Rüstəmxanlı ABŞ diplomatı ilə görüşüb

15 Oktyabr 2020 13:55    381 Baxış   
 Sabir Rüstəmxanlı ABŞ diplomatı ilə görüşüb

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün VHP qərargahında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müşaviri Piter Kaufman ilə görüşüb.

Dominant.az xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan münaqişəsi, cəbhədəki vəziyyət və regiondakı geopolitik durum müzakirə olunub.

P.Kavfman ATƏT-in Minsk qrupunun üzvü olan rəsmi Vaşinqtonun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

S.Rüstəmxanlı ABŞ-lı diplomata Qarabağ münaqişəsinin tarixi, Azərbaycan torpaqlarının işğalı və 30 il müddətində sülh danışıqlarının səmərəsizliyi haqda məlumat verərək Azərbaycan xalqının belə bir durumla barışmadığını bildirib.

Cənab Piter Kaufman görüşdən məmmunluğunu bildirərək, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və ABŞ-Azərbaycan münasibətlərinin bundan sonra da inkişaf edəcəyindən əminliyini ifadə edib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar