İyulun 22-də Sabirabad rayonu ərazisində Ulacalı kənd sakini Mübarək Ağayevanın meyitinin tapılması ilə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun münaqişə zəminində tanışı, DİN-in Sabirabad Regional Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı Əliağa Soltanov tərəfindən xidmətdən kənar vaxtı, kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən olunub. Ə.Soltanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Dominant.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
(Report)