"Sabunçu" xəstəxanası ilə bağlı korrupsiya ittihamları

23 Avqust 2020 17:20    719 Baxış   
"Sabunçu" xəstəxanası ilə bağlı korrupsiya ittihamları
Hər kəsin "Sabunçu" xəstəxanası kimi tanıdığı 3 Saylı Şəhər Klinik Xəstəxanası korrupsiya yuvalarından biridir.

Xəstəxana rəhbərliyi elektrik işlərinin çəkilişini Səhiyyə Naziri Oqtay Şirəliyevin kurasiyasında olan "TURQAY" MMC-ə həvalə edib. Bu məqsədlə sözügedən şirkətə 9602 AZN pul ödənilib.

Nəzərinizə çatdırım ki, "TURQAY" MMC 2018-ci ildə Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisini həyata keçirdib. Nazirlik tərəfindən bu məqsədlə 11933560.69 AZN vəsait ayrılıb.

Şirkətin bu günə olan vergi borcu 246272,11 AZN təşkil edir.

Şirkətin qanuni təmsilçisi Rafət Orucovdur.

AZƏRTAC-ın 2005-ci ildə verdiyi məlumata görə TURQAY MMC-in dövlət büdcəsinə 4 milyard 797,7 milyon manat vergi borcu olması səbəbindən şirkətin təsisçisi ABBASOV TAMERLAN YƏYHA OĞLU cinayət məcəlləsinin 213.4-cü maddəsi ilə 43 epizod üzrə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 1 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, qısa müddət sonra azadlığa çıxmağa nail olub.

Qeyd edim ki, Səhiyyə Nazirliyində tenderlərə nəzarəti nazir müavini ELSƏVƏR AĞAYEV həyata keçirdir.

Sabunçu Xəstəxanasında doğuşun "qiyməti” 600- 1500 manat arasındadır.Həkim və tibb bacılarına müəssisənin dövlətə aid olduğunu, xidmətin, dərman preparatlarının pulsuz olmalı olduğunu deyəndə isə gülərək insanlardan ironiya ilə harada yaşadıqlarını soruşub bu xəstəxananın adının dövlət xəstəxanası olduğunu deyirlər.

Xəstəxananın baş həkimi Fikrət Zeynalov Baş Dövlət Yol Polisi İdarəsini rəisi Ramiz Zeynalovun qardaşıdır.

Sabunçu xəstəxanası cari ildən TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Samir Zeynalov, ictimai vəkil

Qeyd: Müəllifin iddialarına görə sayt məsuliyyət daşımır. Buna baxmayaraq, qarşı tərəfin mövqeyini də yayımlamağa hazırıq.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar