Şahbaz Xuduoğlu: ““Şəhidlər" kitabı böyük bir ensiklopediya kimi nəşr olunacaq”

27 Yanvar 2021 22:48    3279 Baxış   
Şahbaz Xuduoğlu:   ““Şəhidlər" kitabı böyük bir ensiklopediya kimi nəşr olunacaq”

Vətən müharibəsi və onun əhəmiyyəti, habelə bu müharibədə böyük igidliklərə, fədakarlıqlara imza atan qəhrəmanlarımızın təbliği, onların cəmiyyətə tanıdılması qarşıdakı mühüm vəzifələrdən biridir. Hansı ki, bu məsələdə böyük maarifləndirici rola malik kitabların nəşri mühüm əhəmiyyət kəsb edir. Bəs hər zaman qəhrəmnanlarımızla bağlı məsələləri diqqətdə saxlayan, onların təbliğinə xüsusi diqqət yetirən “Qanun” nəşrlər evi yaxın gələcəkdə Vətən Müharibəsi ilə bağlı hansısa kitabın nəşrinə hazırlaşırmı?

Moderator.az-a açıqlama verən “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu “Şəhidlər” kitabının nəşrinə hazırlıq getdiyini bildirib:

“Biz bu vaxta qədər İlqar Mirzəyev və Polad Həşimovla bağlı nəşriyyat hesabına kitablar nəşr etmişik, onları pulsuz paylamışıq. Eyni zamanda, “Şəhidlər” kitabı çapa hazırlanır. Kitabda Vətən Müharibəsində şəhid olan bütün əsgərlər haqqında məlumatlar toplanır. Orada hər bir şəhid haqqında məlumat tapmaq mümkün olacaq. “Şəhidlər” kitabı böyük bir ensiklopediya kimi nəşr olunacaq. Hazırda bu kitab üzərində işləyirik. Yəqin ki, bu il ərzində onun nəşrinə nail olacağıq”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar