Şəhid polkovnikin son mesajı - "Şərəfsizlərin dərsini veririk" - VİDEO

29 Noyabr 2020 01:33    1357 Baxış   
Şəhid polkovnikin son mesajı -  "Şərəfsizlərin dərsini veririk" - VİDEO



Tovuz döyüşlərində şəhid olmuş polkovnik İlqar Mirzəyevin dostuna göndərdiyi son səsli mesajı yayılıb.

Dominant.az xəbər verir ki, mesaja "Azpromedia" şirkəti tərəfindən video rolik hazırlanıb.

"Azpromedia"nın direktoru Tural Museyibov bildirib ki, şəhid polkovnikin səsini yaşatmaq məqsədilə bu addımı atıblar:


"2020-ci ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik İlqar Mirzəyev şəhidlik zirvəsinə ucalmazdan bir gün əvvəl əziz dostuna qələbə ruhlu səsli mesaj göndərib. "Azpromedia" olaraq şəhid polkovnikin son səsli mesajını əbədi yaşatmaq istədik. Bu məqsədlə də, ailəsinin razılığı ilə həmin mesaja video çarx hazırladıq. Bildirmək istədik ki, artıq Qarabağ azaddır! Ruhun şad olsun, Cənab Polkovnik!"


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar