Səhiyyə Nazirliyi: "Yoluxma sayının artması bizi də narahat edir"

20 Oktyabr 2021 15:25    346 Baxış   
Səhiyyə Nazirliyi: "Yoluxma sayının artması bizi də narahat edir"

“Hər gün yoluxma sayının artması bizi də narahat edir. Fəsil dəyişimində artımın olacağını proqnozlaşdırmışdıq”.

Dominant.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Nazirlik rəsmisi bildirib ki, yoluxma hallarının artmasına ilk səbəb yumşalma tədbirlərinə gedilməsidir: “Həmçinin səbəblərdən biri də kütləviliyin artması və soyuq hava şəraiti ilə əlaqədar qapalı məkanlarda insan çoxluğudur. Ona görə də otağın havasının mütəmadi dəyişdirilməsi mütləqdir. Ofislərdə, iş yerlərində müvafiq qaydalara əməl edilməməsi də yoluxma sayının artımına təsir etmiş olur”.

T.Eyvazov qeyd edib ki, məktəblərdə uşaqların heç biri peyvənd almayan qrupdur: “Artım olan kimi insanlar maska taxmağa önəm verir. Vaksinasiya prosesinə sürətlə getməliyik. Xəstəxanalarda çarpayı yerinin boş olub-olmaması əsas göstəricilərdən biridir. Başqa vaxt qrip epidemiyası zamanı yoluxma sayı əhəmiyyət daşımırdı. Bir müddətdən sonra əsas olaraq xəstəliyi ağır keçirmək məsələsi gündəmdə olacaq”.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar