Şimali Koreya ballistik raket sınağı həyata keçirib

19 Oktyabr 2021 20:33    294 Baxış   
Şimali Koreya ballistik raket sınağı həyata keçirib

Cənubi Koreya rəsmiləri iddia edir ki, Koreya Xalq Demokratik Respublikası qısa mənzilli ballistik raket sınağı keçirib.

Bu barədə Cənubi Koreya milli təhlükəsizlik şurasının nümayəndələri məlumat yayıb.

Cənubi Koreya dünyanın aparıcı ölkələrinin vəziyyəti sabitləşdirmək və Koreya yarımadasına sülh gətirmək üçün məsləhətləşmələr apardıqları bir vaxtda Şimali Koreyanın raket sınağı keçirməsindən son dərəcə məyus olduqlarını ifadə ediblər.

Rəsmi Seul Pxenyanı yarımadada sülh yaratmaq üçün ən qısa zamanda dialoqa qayıtmağa çağırıb.

Mənbə: “Yonhap News Agency”


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar