Məlum olduğu kimi 11.05.2020-ci il tarixdə “Baku Medikal Plaza”nın Babək filialında gerçəkləşən plastik-estetik cərrahiyyə əməliyyatı nəticəsində Qələbə rayonu sakini, 1996-cı il təvəllüdlü Musayeva Turanə Tofiq qızı dünyasını dəyişib. Sözügedən əməliyyatı icra edən şəxs isə ölkəmizdə fəaliyyətdə olduğu gündən etibarən, Səhiyyə Nazirliyindən Azərbaycan Respublikasının Nazirlər Kabinentinin müəyyən etdiyi qaydalara uyğun olaraq şəhadətnamə almayan və sertifikasiyadan keçməyən - İran İslam Respublikasının vətəndaşı Siruz Qoçxani olub.
Qeyd edim ki, qanunsuz fəaliyyət göstərməsi Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən adı çəkilən şəxs bundan əvvəl 2017-ci ildə "Zəfəran Hospital"da çalışdığı zaman model Leyla Oruclunun, 2019-cu ildə isə Baku "Medikal Plaza"da həkim-ginekoloq Sona Gürgün Vəliyevanın ölümünə baiskar olub. Qanunsuz fəaliyyətinə əsasən, sonuncu ölüm faktı ilə bərabər o, 3 şəxsin ölümünə görə birmənalı və mübahisəsiz şəkildə məsuliyyət daşıyır. Çünki yuxarıda da qeyd olunduğu kimi “həkim” Siruz Qoçxani Azərbaycanda olduğu müddət ərzində peşə fəaliyyəti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq şəhadətnamə almayıb və sertifikasiyadan keçməyib. Bu da o deməkdir ki, “həkim” Siruz Qoçxaninin hər 3 (üç) şəxs barəsində ölümlə nəticələnən əməliyyatları icra etmək hüququ (icazəsi) olmayıb.
Baş verən sonuncu ölüm faktından sonra “Baku Medikal Plaza”nın Babək filialının mətbuat xidmətinin rəhbəri Aysel Rzayeva mətbuata belə bir açıqlama verərək bildirdi ki, “həkim” Siruz Qoçxani klinikada həyata keçirilən cərrahiyyə əməliyyatlarına buraxılmır.
Çox keçmədi ki, Siruz Qoçxanin həyat yoldaşı və asistenti olan Könül Qoçxani onunla pasiyent adından yaradılan telefon əlaqəsi zamanı bu faktı təzkib edərək bildirdi ki, “hər deyilənə inanmayanın”, yəni Siruz Qoçxani əməliyyatlara buraxılır.
Qeyd edilənlərdən ziyadə, 12.06.2020-ci il tarixdə tərəfimdən “Baku Medikal Plaza”nın Babək filialının direktoru Pərviz Şükürov ilə yaradılan telefon əlaqəsi zamanı adı çəkilən şəxs klinikanın rəsmi mövqeyini təsdiq edərək bildirdi ki, “həkim” Siruz Qoçxani əməliyyatlara buraxılmır.
Göründüyü kimi, 3 şəxsin ölümünə səbəbkar olmuş - gördüyü işə vicdansız yanaşan və qanunsuz fəaliyyət göstərən Siruz Qoçxani ilə bağlı ciddi təzad yaradan fakt mövcuddur.
Onu da qeyd edim ki, Siruz Qoçxaninin çalışdığı klinikanın direktoru Pərviz Şükürov da qeydə alınmış son 2 (iki) ölüm faktına görə məsuliyyət daşıyır.
Samir Zeynalov, ictimai vəkil