Sloveniyada kimyəvi zavodda güclü partlayış baş verib - VİDEO

12 May 2022 17:09    1044 Baxış   
Sloveniyada kimyəvi zavodda güclü partlayış baş verib -   VİDEO

Sloveniyada “Melamin” kimyəvi zavodunda güclü partlayış və yanğın baş verib.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.


İlkin məlumatlara görə, hadisə nəticəsində 20-dən çox adam yaralanıb.

Qeyd olunur ki, partlayış dalğası yaxınlıqdakı evlərin pəncərələrini sındırıb. Yerli polis 500 metr radiusda yaşayan sakinləri pəncərələri bağlamağa və çölə çıxmamağa çağırıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Mənbə: Kommersant




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar