Son iş yeri: cəhənnəmdə sözgəzdirən səssiz mələk

01 Avqust 2020 21:46    521 Baxış   
Son iş yeri: cəhənnəmdə sözgəzdirən səssiz mələk
Dominant.az tanınmış yazar Mahir Mehdinin yeni şeirini təqdim edir:

... Ələ gəlmir cəm şəklində,
hər bir cana düşür
tək - tək.
Son iş yeri: cəhənnəmdə
sözgəzdirən
səssiz mələk.

Bir yanı dəbdən düşəndə,
bir tərəfdən minir moda.
Üzü görünmür,
həmişə
içindən düşür fotoda.

Təzəsi
tapılmayanda,
işlədir söz qurusunu.
Kartları sıxıb,
oyuna
bütöv düşür yarısını.

...Görəndə,
gözündən düşür.
fikirləşəndə başından.
Bu qadın öz ölümünə
minir
düşdüyü maşından...



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar