Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən şəxslər saxlanılıblar

14 Yanvar 2021 14:27    495 Baxış   
Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən şəxslər saxlanılıblar
 
Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan 2 nəfər saxlanılıb. 

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində “İnstagram” sosial şəbəkəsində özünə məxsus səhifə yaradaraq narkotik vasitələrin təbliği ilə məşğul olan Ayşən Atakişiyeva və  onun tanışı Kamran Cəfərli tutulub. Həmin şəxslər ifadələrində sosial şəbəkələrdə narkotik vasitələrin  qəbulunu təbliğ etdiklərini etiraf ediblər və əməllərindən peşman olduqlarını bildiriblər.

Qeyd edək ki, bu şəxslərin yaydığı videoda guya K.Cəfərlinin Daxili İşlər Nazirliyinin  Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olması barədə  düzgün olmayan, özündə həqiqəti əks etdirməyən qeydlər də yerləşdirilib.
 Saxlanılan A.Atakişiyeva və K.Cəfərli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və qərar verilməsi üçün məhkəməyə təqdim edilib.
 
14 yanvar 2021-ci il


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar