Soyundurur xanımları, geyib əynində yoxlayır

26 Sentyabr 2020 17:10    531 Baxış   
Soyundurur xanımları, geyib əynində yoxlayır
Dominant.az şair Mahir Mehdinin yeni şeirini təqdim edir:

Vağzal güzgüsü

... Özündə
gördükcə məni,
qəmə dərs keçir gülməkdən.
İtir min cürə sifətdə
hər gün
üzünü ölməkdən.

Əl yelləyib keçənləri
bir an
yadında saxlayır.
Soyundurur,
xanımları
geyib əynində yoxlayır.

Güzgü də tanıya bilmir
ömrümə
maska taxanda.
Səni görüb cavanlaşır,
yaşa dolur
mən baxanda...


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar