Sufi rəqsi

20 Avqust 2020 21:27    1254 Baxış   
Sufi rəqsi
Dominant.az Mahir Mehdinin yeni şeirini təqdim edir:

Sufi rəqsi...

... Suçun tirajlanar
neçə nüsxədə,
fırlana - fırlana,
cüt - cüt yuyular.
İçib ayılarsan
sərxoşluğunu,
sərxoşluq özü də
səndən ayılar.

Göyə milləndikcə
havalı çölün,
sıxıla - sıxıla
var sığar heçə.
Hopar sümüyəcən
son sufi rəqsi,
içindən fırlanıb
keçərsən içə.

Anlarsan fırlana
bildiyin sayda,
çəkin azaldıqca
boşluğun dolar.
Burulub qalxarsan
üzü məqama,
qalxdıqca, yuxarı
aşağın olar.

Hamı sıfırlanıb
baxar bir gözdən,
bir evə yerləşər
bu boyda şəhər.
Bütün görünməzlər
üzünü yuyub,
ekran ağaranda
səndən görükər...



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar