"Sülhməramlılar iyulun 1-dən Laçından çıxarılacaq"

20 İyun 2022 16:28    3555 Baxış   
"Sülhməramlılar iyulun 1-dən Laçından çıxarılacaq"

“Laçın dəhlizinə alternativ yol həmin istiqamətdə Azərbaycanın mövqelərinin möhkəmləndirilməsinə xidmət edəcək”.

Bunu Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Bu ilin iyulun 1-də Laçın dəhlizinə 28 km. uzunluğunda olan alternativ yolun istifadəyə verilməsi məsələsini şərh edən ekspert layihənin verəcəyi üstünlüklərdən danışıb:

“Alternativ yol ilk növbədə Laçın şəhəri ərazisinin ermənilərdən alınması və sülhməramlı qüvvələrdən boşaldılması demək olacaq. Həmin alternativ yolun çəkilməsində Azərbaycanın əsas məqsədi məhz budur. Çünki, məsələnin bu cür qoyuluşu Azərbaycan Ordusu üçün hərbi-strateji baxımdan mühüm əhəmiyyət daşıyır.

Məsələnin humanitar tərəfinə gəldikdə, azərbaycanlılar həmin ərazilərə köçürüləcək və burada infrastruktur möhkəmləndiriləcək.

Mövcud vəziyyətdə Laçın şəhəri daxil həmin ərazidə Azərbaycanın yeni hərbi infrastrukturu formalaşacaq”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar