Sumqayıt tibb işçisindən dəhşətli məktub

07 Avqust 2020 00:15    412 Baxış   
Sumqayıt tibb işçisindən dəhşətli məktub
“Sumqayıt şəhərində modul tipli xəstəxanada iş yoldaşımız var, vəziyyəti ağırıdır. Burda idi, bizdə aparat yox idi, gördük durumu pisdir göndərdik ora. Qalıb orda, can verir. Hammız qırırlırq, mən də evdə ölürəm. Həkimə getmişəm, sabah təcili analiz götürməlidirlər. Bu şəkildəki qadın da bizdən 45 nömrəli modul tipli xəstəxanaya göndərildi. Bu qadın Leyla Məmmədova həmin xəstəxananın 228-ci otağında yatır. Bizə yalvarır ki, “qızlar ölürəm. baxan yoxdur, mənə kömək edin”. Orda vəziyyət çox ağırdır. Xəstələrə baxmırlar. Orda çəkiliş lazımdır. Modul tipli xəstəxanadır, aparat var, hər şey var, həkim, tibb bacısı yoxdur, çünki hamısını kovidə salıb qırırlar. Mənim də vəziyyətim pisdir, evə yollayıblar, ciyərim deşilir. Bu nə vəziyyətdir bizi salıblar?..

Həkimlərimiz hamısı virus tutub, içi mən qarışıq. Ölürük, amma bizim may ayı, iyun ayı pullarımızı vermirlər. May-iyun ayından Sumqayıt Uşaq Xəstəxanasının tibb işçiləri, həkimləri işləyib bir manat pul almayıblar. Biz iynə dərmanımızı onun-bunun ümidinə alırıq. Bizə nə maaş verilir ki? Bizə bir manat da kovid pulu verməyiblər… İynə-dərmandan, apteklərdən də bezmişik. Canımızdan da bezmişik, bizə bir manat pul vermirilər.

TƏBİB-lə Səhiyyə pulu yeyir. Bu xəstə camaata bir manat vermir ki, camaat getsin iynə-dərmanını alsın. Prezidentin fərmanı var covid19-a görə pul ayırıb. İşlədiyimiz haqqı versinlər, gedək iynə-dərman alaq. Başqa şey istəmirik ki, öz haqqımızı istəyirik. Bilirdilər ki, biz o xəstəliyə tutulacağıq, ona görə o pulu bizə ayırdılar. Heç olmasa, versinlər gedək iynə-dərmanımızı alaq…”

Bu mətn” Azadlıq qəzeti ” “Facebook” səhifəsində 05.07.2020-ci ildə ictimailəşib. Orada çalışan bütün tibb işçilərinin hansı çətinliklərlə üz-üzə qaldığını, yuxusuz gecələrini, ölüm təhlükəsini Sumqayıt Uşaq Xəstəxanasının tibb bacısı Aybəniz Səfərova bir məktubla yetərincə izah edib. Koronovirus pandemiyasının hökm sürdüyü dövrdə ölkəmizdə ən çox əziyyət çəkən bizim şərəfli tibb işçilərimizdir. Amma indi başqa iddialar ortalığa atılır. Sumqayıt şəhər xəstəxanalarında fəaliyyət göstərən bir qrup tibb işçisi redaksiyamıza müraciət edərək bildirirlər ki, orada prezidentin qərarlarına məhəl qoyulmur. Belə ki, koronoviruslu xəstələrlə çalışan həkimlər üçün ayrılmış əlavə məbləğ ödənilmir.

“May və iyun ayının maaşını verməyiblər”

Karantin zamanı riskli xəstələrlə işlədikləri üçün onlar ailələrindən təcrid olunaraq otellərdə yerləşdirilmişdir. Maaşları ödənilən bir qism tibb işçiləri iddia edir ki, otelin pulu və yedikləri yeməyin pulu onlara ayrılan əlavə məbləğdən tutulub və yaxud da bu barədə onlara rəhbərlik tərəfindən xəbərdarlıq edilib ki, tutulacaq.

” 1may 2020- ci ildən 05 iyun 2020-ci ilə qədər işlədiyimiz məbləğ bizə ödəməyib. Amma aidiyyəti orqanlara məruzə edilib ki, guya bizə ödəniş olunub. Güclü etiraz etdikdən sonra iyul ayının maaşı ödəndi, amma kəsirlə. 1060 AZN məbləğ yazılmasına baxmayaraq biz 880 AZN aldıq. Səbəbini soruşanda dedilər ki, dövlət vergi tutub, bizlik deyil.”

Dominant.az xəbət verir ki, AzTimes.az saytı bu iddialar üzərindən yola çıxıb məsələni tam şəkildə aydınlaşdırmağa çalışacaq.

Qarşı tərəfin fikrini ictimailəşdirməyə hazırıq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar