Sumqayıtda baş verən yanğının əhatəsi genişlənir - VİDEO

29 Aprelel 2022 00:39    1381 Baxış   
Sumqayıtda baş verən yanğının əhatəsi genişlənir -   VİDEO

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğının əhatəsi genişlənir.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının əhatə dairəsi böyüyüb. Göstərilən səylərə baxmayaraq yanğını söndürmək hələ mümkün olmayıb.

Yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.

Hazırda yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.

Qeyd edək ki, ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşınıb, işçilərin təxliyəsini təmin olunub.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar