Şuşada “Xarıbülbül” festivalı başladı - Prezident də iştirak edir

12 May 2021 15:21    940 Baxış   
Şuşada “Xarıbülbül” festivalı başladı -  Prezident də iştirak edir

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilib.

Dominant.az xəbər verir ki, festivala Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, qızları-Arzu və Leyla Əliyevalar da qatılıblar.

Festival sabaha qədər davam edəcək. Tədbirdə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilir.

Festival "Aztv"nin facebook səhifəsindən canlı yayımlanır.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar