Şuşada xeyli sayda silah-sursat aşkar edilib

19 İyun 2021 13:44    673 Baxış   
Şuşada xeyli sayda silah-sursat  aşkar edilib

İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirləri çərçivəsində xeyli sayda hərbi sursat aşkarlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan dominant.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən 13 müxtəlif növ qumbara, bir avtomat, bir qumbaraatan, bir tank əleyhinə mina, 20 müxtəlif növ raket, 26 avtomat sandığı, bir top mərmisi, 7 124 müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar