Tanınmış həkimdən koronavirus xəbərdarlığı: "Heç nədən qorxmayın"

14 İyun 2020 13:30    10495 Baxış   
Tanınmış həkimdən koronavirus xəbərdarlığı:   "Heç nədən qorxmayın"
"Son günlər artmış COVID-19 qurbanları artıq hamının tanıdığı, bildiyi, kifayət qədər sağlam insanlara yoluxmağa başlayıb. Ətrafımda, dostlarımda, "facebook"da təşviş havası var".

Dominant.az-a bunu tanınmış həkim-farmakaloq Müşfiq Hüseynov deyib.

Həkim insanlara indiki durumla bağlı məsləhətlər verib: "Qəti şəkildə heç kim heç nədən qorxmamalıdır. Maska, şəxsi gigiyena və sosial məsafə sizi qoruyacaq. Üstünüzdə spirt də olmasa, nəm salfet saxlayın, imkan düşən kimi əl (dirsəyə kimi), üz, boğaz nahiyyəsini yaxşıca yuyun, axşamlar 2-3 damcı yod tökülmüş ilıq su ilə qarqara edin. İstidən və kondisioner soyuğundan qorunun".

"Unutmayın, stress faktoru koronavirusu çox daha təhlükəli hala gətirir. Heç kim heç nədən qorxmasın, amma ehtiyatlı olun. Bu günlər mütləq bitəcək. Bundan əmin olun", - deyə M.Hüseynov vurğulayıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar