Tanınmış iqtisadçıdan Statistika Komitəsinə irad

26 Sentyabr 2020 13:47    553 Baxış   
Tanınmış iqtisadçıdan Statistika Komitəsinə irad
"Təhsilə cəmiyyətin ehtiyacını, təhsilin və təhsilli insanların nüfuzunu dəqiq əks etdirən göstəricilərdən biri də təhsil səviyyəsinin əmək haqlarının məbləğində yaratdığı fərqlərdir".

Dominant.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

R.Ağayev təəssüflə qeyd edib ki, Azərbaycan rəsmi statistikası belə statistik məlumatlar hazırlamır: "Yalnız ev təsərrüfatlarının büdcə müayinəsində ailə başçısının təhsil səviyyəsinə görə ailələrin adambaşına gəlirləri arasında fərqə dair məlumat təqdim olunur. Bu statistikaya görə, 2019-cu ildə ailə başçısı ibtidai təhsilli ailələrdə adambaşına gəlir tam orta (11 illik) təhsillilərdən cəmi 1,5% azdır. Ali təhsillilərdə isə tam orta təhsillilərdən 15% çoxdur".



İqtisadçının sözlərinə görə, OECD bizim Statistika Komitəsindən fərqli olaraq hər il üzv ölkələrin hər biri üzrə təhsil səviyyəsinə görə əmək haqqı səviyyəsindəki fərqlərə dair statistika dərc edir: "2018-ci ilin nəticələrinə görə, Estoniyada natamam orta təhsillilərin maaşı tam orta təhsillilərdən 11% az, ail təhsillilərin maaşı tam orta təhsil alanlardan 36% çox olub. Ali təhsillilərin əmək haqqı səviyyəsi tam orta təhsil alanlara nisbətən ABŞ-da 76%, Türkiyədə 66%, Çexiyada 58%, OECD üzrə isə orta hesabla 51% yüksəkdir".

"Əgər bizim statistikamızın az-çox gerçək olduğunu qəbul etsək, ibtidai və ali təhsilli əmək qabiliyyətli şəxsin aylıq qazancı arasında fərq 16-17%-i ötmür. İnkişaf etmiş ölkələrdə isə 2 dəfəyə yaxındır", - R.Ağayev vuğulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar