Tanrı, yenə sənə işim düşüb...

12 Avqust 2020 18:28    361 Baxış   
Tanrı, yenə sənə işim düşüb...
Dominant.az jurnalist-yazar Əcəmi Əsədullanın yeni şeirini təqdim edir:

Bağışla, tanrı.
Yenə vaxtını alıram
Yenə sənə işim düşüb.
Amma bilmirəm necə deyim.
Kimsənin bilmədiyini
səndən də gizlədirəm.
Bilmirsən axı, ölürəm.

Bir arzum var səndən, tanrı
Bəlkə də bu son arzumdur.
Bəlkə daha zikr etmərəm.
Sənin və onun adını.
Amma son gördüyüm sifət
onun gülən üzü olsun.
Mən də ona baxım gülüm.
Gözlərimin əvəzinə
Sənə yalvarır ki, dilim
"qoy son dəfə onu görüm"
Onun simasıyla bitsin
Bu tale adlanan film
Elə olsa, fikir etmərəm,
hədiyyədir bu cür ölüm

Evin minarələrini,
mənsə əllərimi açıram sənə.
Eşitməlisən yəqin.
Sənə daha yalvarmaqdan,
Halım, taqətim qalmayıb.
Mən duamı etdim, bitdi.
Sən də ürəkdən de
Amin.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar