“Tariflər və rüsumlar azaldılmalıdır”

10 Dekabr 2021 17:11    1219 Baxış   
“Tariflər və rüsumlar azaldılmalıdır”

2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 106,2 faiz təşkil edib. O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz olub. Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz göstərilib. Məlumata görə, cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 111,1 faiz təşkil edib. 2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 114,9 faiz olub. Nəticə olaraq Azərbaycanda illik inflyasiya 6 faizi keçib.

Əlbəttə, inflyasiya qiymətlərin artımına səbəb olur ki, bu da sonda əhalinin rifah halına mənfi təsir göstərir.

İnflyasiyanın təsirləri ilə bağlı “Sherg.az”a danışan sabiq millət vəkili, iqtisad elmləri doktoru Nazim Bəydəmirli bildirib ki, hökumət vətəndaşlara kömək etmək əvəzinə vəziyyəti qəlizləşdirir:

“Dövlət inflyasiyanı hesablayarkən istehlak səbətinə daxil olan çeşidli malları və xidmətləri hesablayır. Lakin bu məhsulları vətəndaş 3-5 ildir istifadə etmir. Bu mallar ümumi istehlak səbətinə daxil olduğu üçün orta statistik rəqəm aşağı düşür. 2021-ci ildə dünyada ciddi qiymət artımı baş verib. BMT-də qəbul edilib ki, builki qiymət artımı çox yüksəkdir.

N.Bəydəmirli qeyd edib ki, hökumət inflyasiyanın insanlara təsirini azaltmaq üçün tariflər və rüsumları azalda bilər:

"Hökumət gələn il 25 faizdən az olmamaqla maaşları, pensiyaları və digər müavinətləri artırmaq haqqında düşünür. Artımın nə qədər olacağı ilə bağlı dəqiq fikir söyləmək çətindir. Bir sözlə, bu sahədə heç bir tədbir görülmür. Əksinə kommunal xidmətlərin qiymətlər artır. Əslində hökumət iqtisadi fəaliyyəti, iqtisadi artımı stimullaşdıra bilər. Buna da monopoliya inhisarçılığı imkan vermir. Ən yaxşı halda rəqabət mühitini təmin etməlidir ki, insanlar daha çox vəsait qazansınlar. Bununla da şəraitlərini yaxşılaşdıra bilərlər. Kommunal xidmətlər verən dövlət orqanları qiymətləri artırır. İstənilən halda müsbət nəticə gözləmirəm”.

Xanlar Əlibəy




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar