Təhsil naziri Şirvanda dərs prosesini izləyib

09 Fevral 2021 18:27    383 Baxış   
Təhsil naziri Şirvanda dərs prosesini izləyib

Fevralın 9-da təhsil naziri Emin Əmrullayev Şirvan şəhərinə səfəri çərçivəsində pandemiya şəraitində tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Şirvan şəhər 10 nömrəli tam orta məktəbdə olub.

Nazir həmin məktəbdə müəllim, şagird və valideynlərlə görüşüb, onlarla səmimi söhbət aparıb. Təhsil naziri həmçinin sözügedən ümumi təhsil müəssisəsində Azərbaycan və rus bölmələri üzrə VIII siniflərdə dərs prosesini izləyib.

Daha sonra təhsil naziri Şirvan şəhər 21 nömrəli tam orta məktəb üçün yeni inşa olunan tədris binasının tikinti işləri ilə tanış olub.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar